"Futbol+" qəzetinin əməkdaşları aksiya keçirdi - KIVDF-yə ETİRAZ OLUNDU / Fotolar

Baxış sayı:
13135

Xəbər verildiyi kimi, KİVDF bir neçə qəzetlə əməkdaşlığı dayandırıb. Bu qəzetlərin içərisində “Futbol+” də var. Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi (komanda.az). Bu gün isə “Futbol+” kollektivi aksiya keçiriblər. Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident Administrasiyasının qarşısına yürüş ediblər. “Futbol+”çilər üzərinə “Bizi eşit, Prezident!”, “KİVDF ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar.