Futbol meydanında MARAQLI HADİSƏ: Hakim oyununu saxlayıb TUALETƏ QAÇDI - VİDEO
1-05-2019 10:35
Baxış sayı:
6649
Portuqaliya çempionatında “Çaves” - “Nasional” arasında keçirilən oyunda futbol meydanlarında rast gəlinməyən hadisə baş verib.
56-cı dəqiqədə baş hakim Luiş Qodino yan hakimin işarəsindən sonra gözlənilmədən oyunu dayandırıb. Sonra laysman Jorje Krus bayrağını meydançaya ataraq, paltardəyişmə otağına tərəf qaçıb. Baş hakim gülərək komanda üzvlərinə məsələni izah edib. O laynsmanın tualetə getdiyi üçün oyunu saxlamağa məcbur olduğunu bildirib.
Qeyd edək ki, oyun 2 dəqiqəlik fasilədən sonra davam etdirilib. /Unikal