​Futbol matçı zamanı stadiona vertolyot endi

Baxış sayı:
3010

Bu, azarkeşlərdən birinin vəziyyətinin pisləşməsi səbəbindən baş verib
 
Futbol üzrə İngiltərə dördüncü divizionunda "Çesterfild" və "Linkoln Siti" matçı zamanı azarkeşlərdən birinə yardım göstərmək üçün həkimləri daşıyan vertolyot stadiona məcburi eniş edib.
Belə ki, azarkeş oyun zamanı özünü pis hiss etdiyindən, matç 26-cı dəqiqədə dayandırılıb və futbolçular meydandan çıxarılıb.
Matçda 30 dəqiqə fasilə yaranıb.
Təcili yardım vertolyotu "Çesterfild" stadionunun qazonuna enib və həkimlər azarkeşin həyatını xilas edə biliblər.
"The Sun" nəşri yazır ki, azarkeşin vəziyyəti yaxşıdır və onun həyatı üçün heç bir təhlükə yoxdur.