Futbol matçı 43:1 hesabı ilə nəticələnib - VİDEO

Baxış sayı:
1855

"SŞ-75" futbol üzrə Rusiya çempionatının III divizionu matçında "İnter" üzərində böyükhesablı qələbə qazanıb.
 
“Report” xəbər verir ki, Moskvanın "Avtomobilist" stadionunda keçən görüş 43:1 "SŞ-75" komandasının xeyrinə başa çatıb.
 
"SŞ-75" hazırda Moskva zonası üzrə turnir cədvəlində 10-cu yeri tutur, "İnter" isə sonuncu 15-ci yerdədir.