​FÜRSƏT STRATEGİYASI – Əlisa Nicatın yazısı

Siyasətdə və siyasi meydanda ən əsas şey siyasi böyüklüyə və əzəmətə yol açan ağıl və praqmatiklikdir

Məlumdur ki, siyasətdə əxlaq və mənəviyyat olmur. Məgər o, yenə hardasa olurmu?

Biz bu yazıda əxlaqsızlığın və mənəviyyatsızlığın siyasi taktika və strategiyada yoxluğunun bariz nümunəsi sayılan bir neçə misal göstərməklə, bu ölməz prinsipsizliyin necə güclü olduğunu bir daha xatırlatmaq istəyirik.
Siyasətdə və siyasi meydanda ən əsas şey siyasi böyüklüyə və əzəmətə yol açan ağıl və praqmatiklik nəylə müəyyən olunur? Əlbəttə, yalnız və yalnız fürsətdən istifadə etmək və konkurentlərini elə ilk imkan yaranan kimi aradan götürməklə. Bizim dünya tarixində buna parlaq bir nümunə olacaq Roma imperatoru Oktavian Avqustun taktikası barədə söhbət açmışdıq. Ümumiyyətlə, tarix belə nümunələrlə doludur, o cümlədən bizim Azərbaycan tarixi də. Söhbət ondan getmir ki, qalib tərəfmi və ya məğlub tərəfmi yaxşıdır və ya müsbət amillər daşıyıcısı olub? Yox! Söhbət tamam başqa məsələdir. Biz məsələnin mənəvi tərəfini kənara qoyub, sadəcə, kimin fürsətdən istifadə edəcək ağıl sahibi olduğunu nəzərə çatdırmaq istəyirik. Bu cəhətdən ən parlaq nümunə Stalin-Trotski konfliktidir. Burda ilk növbədə adamların xarakter və düşüncə fərqləri üzə çıxır. Ümumiyyətlə, həyatda ağıl deyil, hiylə qalib gəlir və bu çoxdan sübut olunmuş aksiomdur. Bu ona görə baş verir ki, məğlub tərəf özünə arxayınlıqda və özünə əminlikdə, təhlükənin mövcudluğunu görməməkdə və vaxtında onu lazımınca qiymətləndirməməkdə özünü göstərir. Buna ən parlaq bir misal tarixdə bənzərsiz zəka, iradə və əzəmət nümunəsi olan Yuli Sezarın hökmünün və nüfuzunun ən parlaq dövründə qətlə yetirilməsi sayıla bilər.
Yəhudi Lev Trotski (Bronşteyn) gürcü İosif Stalin kimi nəhəng iradə sahibi, qarışıq millətlərin nümayəndəsi olan Vladimir Leninə hələ bolşeviklərin yenicə formalaşdığı günlərdə qoşulmuşdu. Amma Stalin Leninin nə bəla olduğunu dərhal başa düşüb, ona tula kimi sədaqətini nümayiş etdirmişdi. Trotski isə Leninə rəqib kimi qoşulub, hətta o vaxtlar bolşevik liderini “Robespyer Lenin” deyə diktatorluqda tənqid etmişdi.
Lakin sonralar get-gedə partiyada ikinci sima olmaq niyyətilə barışmalı olmuşdu. Və düz 1922-ci ilə qədər Rusiya Bolşeviklər Partiyasının ierarxiyasında ikinci sima olaraq qaldı.
Rusiyada oktyabr çevrilişinə qədər Stalinin ürəyində nələr baş verdiyini bilmək çətindir. Hər halda onun Trotskinin ikincilik mövqeyi ilə barışdığına inanmaq olmur. Amma fövqəladə dərəcədə “raşşotliv” vəziyyəti və reallığı düzgün qiymətləndirən Stalin Trotskinin mövqeyinə, nüfuzuna təsir etməyin, qəsb etməyin, göz dikməyin çətin olduğunu görürdü. Lakin bu gürcü çəkməçi oğlu 1922-ci ildə Leninin, eləcə də ətrafındakılarında başlarının ümumdünya inqilabına, ən çox isə Rusiyadakı vətəndaş müharibəsinə qarışmasından və Trotskinin də bu müharibədə əsas rol oynamağı ilə məşğul olmasını nəzərə alıb, partiyada Mərkəzi Komitə katibliyində Baş Katib vəzifəsinə sahib oldu və heç kim də ikinci dərəcəli vəzifə hesab edərək buna əhəmiyyət vermədi. Onların hamısı, o cümlədən Lenin və Trotski də bu vəzifəni bir növ dəftərxana işçisi, kabinet vəzifəsi hesab edirdilər.
Leninlə Stalinin yaşları arasında fərq (9 il) çox da böyük deyil. Ona görə artıq sübut olunduğu kimi Stalin bu barədə fikirləşib vaxtında tədbir də görmüşdü. Yəni Rusya kriminalistlərinin sübut etdiyi kimi gözləri heç bir-iki metr məsafəni yaxşı görməyən yəhudi eser qadını Kaplan heç cür Lenini güllələyə bilməzdi. Bu işi Kaplanın əvəzinə kənardan görmüşdülər. Bunu Stalindən başqa kim həyata keçirməyə cürət edə bilərdi?
Lenin bu ağır yaralanmasından sonra onun səhnədən gedəcəyi məlum olduğu halda Stalin baş katibliyi ələ keçirmişdi. Və az sonra Siyasi Büronun qərarı adıyla Stalin Lenini tamam hakimiyyətdən kənarlaşdırıb müalicə adı ilə Nijni-Novqorod şəhərinə sürgün etdirdi. Meydanda Rusiya hərbi naziri Trotski və partiyanın baş katibi Stalin qaldı. Trotskinin pərəstişkarları və hər şeyə hazır olan sadiq adamları çox idi. Amma axmaq yəhudi öz bu qorxunc konkurentini aradan götürmək zərurətini düşünməkdən çox uzaq idi. O, hələ də özünü Lenindən sonra ölkədə ikinci şəxs hesab edib məst-xumar idi. Stalin isə gecə-gündüz fikirləşib-düşünüb iş görürdü.
Az sonra vətəndaş müharibəsi başa çatdı və Trotskinin də əzəmətinin bir xeyli hissəsi əriyib getdi. Lakin bununla belə, ölkənin əsas siyasi hegemonu olan Siyasi Büroda çoxluq Trotskinin tərəfində idi. Xüsusilə, yəhudi bolşevikləri Kamenevlə Zinovyev böyük söz sahibləri idilər. Eləcə də Rıkovla Buxarin də onların tərəfində idilər. Bunu görən Stalin altdan-altdan Kamenevlə Zinovyevi ələ alıb Trotskinin əleyhinə hərəkətə gəldi. Tamamilə aslan və iki öküz təmsilində olduğu kimi Kamenevlə Zinovyev buna getdilər. Və dünənki “vsemoquçiy” Trotski tamamilə tək qaldı.
Yəqin ki həmin günlərdə Trotski cəmi 4-5 il qabaq Stalini necə asanlıqla aradan götürə biləcəyi barədə düşünüb necə də yanıb-yaxılırmış. Ümumiyyətlə, yəhudilərin bir-birlərinə qarşı sonsuz məhəbbətləri müqabilində Kamenevlə Zinovyevin də buna necə getdiklərini, Stalinin buna necə nail olduğunu heç cür dərk etmək olmur.
Nəhayət, on illik gizli mübarizə açıq şəkil aldı və Trotskini əvvəl Qazaxıstana, sonra isə ölkədən tamamilə sürgün olunması ilə başa çatdı.
Stalin elcə də vaxtında Trotskinin Parisdə siyasi fəaliyyət göstərən oğlunu da aradan götürdü. Niyə? Çünki atasından sonra böyük şöhrət qazanıb xaricdə Stalinə və onun planlarına böyük zərər vura bilərdi.
Əvvəllər Stalin Trotskiyə toxunmurdu. Çünki bu ağılsız rəqib hey kitablar, gündəliklər yazıb car çəkirdi ki, bəs Stalin sosializmə xəyanət edir. Böyük Viktor Suvorovun yazdığı kimi, bu bayanatlar Stalinə ləzzət verirdi. Çünki onlar Stalinin xaricdəki nüfuzuna bir növ kömək edirdi. Lakin nəhayət, Trotski illər boyu səhv düşündüyünü başa düşüb müashibələr verərək Stalinin Avropanı və dünyanı işğal etməyə hazırlaşdığını bəyan edəndə Stalin o dəqiqə Meksikaya qatil göndərib onu da oğlunun yanına göndərdi.
Və beləliklə, 20-25 illik böyük siyasi oyun başa çatdı.
Siyasi mübarizədə fürsət iki dəfə verilmir və maymaqlara güzəşt olmur. Bu cəhətdən başqa bir oxşar misal da çox maraqlıdır. Bu, Çində uyğur liderləri lə Mao-Tszedunun siyasi oyunudur.
Keçən əsrin 40-cı illərində Çində qomindançılar ilə kommunist lideri Mao-Tszedunun konflikti başladı. Vətəndaş müharibəsinin əvvəlində Mao məğlub olub yenidən qüvvə toplamaq üçün dağlara çəkildi. Bu zaman Çinin şimal-şərqində uyğurlar baş qaldırdı. Onlar çoxdan arzuladıqları və uğrunda çoxlu qurbanlar verdiklər siyasi müstəqilliyə və ya heç olmasa, muxtar respublika statusuna nail olmaq üçün hərəkətə gəldilər. Onların Avropada və qonşu ölkələrdə yaxşı tanınan beş görkəmli liderləri vardı. Uyğurların niyyətini eşidən Mao-Tszedun danışıqlara girib onları əmin etdi ki, hələlik bu niyyətlərini həyata keçirməsinlər. Biz – yəni kommunistlər qalib gəlib hakimiyyəti ələ alan kimi mən sizə tam muxtariyyət verilməsinə imkan yaradacağam. Çünki birinci addım kimi muxtar respublikanın səlahiyyətləri çox böyük sayılır.
Uyğur liderləri fürsəti əldən verib buna razı oldular və Mao-Tszedun yürüşə çıxıb ona qoşulan milyonlarla Çin kəndlilərinin gücü ilə qomindançları və Çan Kayşini ölkədən qaçmağa məcbur etdi. Və 1949-cu ildə Çin Xalq Respublikası elan olundu.
Uyğur liderləri sevinclə bu hadisəni alqışlayıb Mao Tszeduna vədinə əməl etməyi xatırlatdılar.
Mao-Tszedun dərhal cavab verib onları Pekinə danışıqlara dəvət edərək dallarınca təyyarə də göndərdi. Uyğur liderləri sevinclə təyyarəyə oturub Pekinə uçdular. Amma mənzilbaşına çata bilmədilər. Təyyarə havada partladı və uyğur liderlərinin beşi də həlak oldu. Uyğurıstanda Mao Tszedunla danışa biləcək daha başqa bir nüfuzlu lider də yox idi. Bununla da Uyğurıstan muxtar respublikası deyil, çox cüzi səlahiyyəti olan və paytaxtı Urumçi şəhəri olan bir muxtar vilayət yaradıldı.
Əlisa NİCAT