Fuat Oktaydan ABŞ-ın sanksiya qərarına etiraz: “Böyük dövlət olmaq üçün...”

Baxış sayı:
3304

Muxalifet.az xəbər verir ki, Türkiyə prezidentinin köməkçisi Fuat Oktay rahib Bransonun həbsi ilə əlaqədar ABŞ-ın sanksiya qərarına etirazını bildirib.
Oktay “Tvitter” səhifəsindəki paylaşmasında yazıb: “Baş verən son hadisələr böyük dövlət olmağın iqtisadi, hərbi və ya coğrafi böyüklük ilə eyni olmadığını bir daha bütün dünyaya göstərir. Böyük dövlət olmaq hərbi coğrafiya böyüklüyü ilə ölçülmür. Böyük dövlət olmaq beynəlxalq hüquq çərçivəsində hərəkət eləməyi, imzalanan müqavilələrə sadiq olmağı, ədalət və hörmət qaydalarına sadiq qalmağı, xalqının mənfəətini kiçik mənfəət qruplarından üstün tutmağı və daim məzlumaların yanında olmağı məcburi edir. Biz bayrağımız, vətənimiz və millətimizlə birlikdə böyük bir Dövlətik. Hörmətli prezidentimizin liderliyi ilə böyük bir dövlət olmaq üçün lazım olanı etməkdə bir an belə tərəddüd eləmərik”.