Fuad Abbasovun məhkəməsinin vaxtı DƏQİQLƏŞDİ: Jurnalist Azərbaycana ekstradisiya...

Baxış sayı:
2139

“İyunun 6-nı gözləmək lazımdır”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun vəkili Elman Paşayev deyib. Onun sözlərinə görə, həmin gün F.Abbasovun apelyasiya şikayətinə baxılacaq. Məhkəmənin qərarına əsasən, onun Azərbaycana  ekstradisiya olunub-olunmayacağı bilinəcək.

E.Paşayev eyni zamanda bildirdi ki, F.Abbasov barədə sosial şəbəkələrdə keçmiş videoları yayıb, onun guya azadlığa çıxdığını deyənlər də ümumi işin gedişinə ziyan vururlar. Müsahibimizin sözlərinə görə, jurnalistin səhhəti də normaldır və hər hansı problemi yoxdur. Onunla Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları da görüşüb maraqlanırlar.

Elman Paşayev ile ilgili görsel sonucu

Elman Paşayev

Xatırladaq ki, Rusiyanın Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib. 

Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.

Ramin Hacılı ile ilgili görsel sonucu

Gənc aktiv Ramin Hacılı da F.Abbasovun unudulmaması üçün təbliğat işləri ilə məşğuldur. Bu günə qədər bir neçə dəfə Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirən R.Hacılı son olaraq F.Abbasovun kim olması ilə bağlı geniş bir məqalə yazıb. Həmin məqalədə jurnalistin fəaliyyəti, bu günə qədər gördüyü işlər barədə məlumat verilib.