​Fuad Abbasovun ailəsi müraciət yaydı - "Biz bu qərarla razı deyilik..."

Baxış sayı:
8221

Rusiyada saxlanılan və Azərbaycana deportasiya ediləcəyi gözlənilən tanınmış jurnalist Fuad Abbasovun ailəsi jurnalistin sosial şəbəkədəki hesabından açıqlama yayıb. Muxalifet.az xəbər verir ki, açıqlamada qeyd edilir: “Ailəmiz hal-hazırda mənəvi təzyiqlərlə qarşılaşır və biz bu problemi həll etmək yollarını axtarırıq. Mövqeyimizi möhkəmləndirmək və ədalətli qərar qəbul etmək üçün bir vəkil tutmaq qərarına gəldik. Bu işi araşdırdıqdan sonra yeni vəkil Rusiya Federasiyasından jurnalist Fuad Abbasovun ölkədən çıxarılması ilə bağlı məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verməyi qərara aldı. Biz bu qərarla razı deyilik. Fuad Abbasovun maraqları hüquq elmləri namizədi, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, vəkil Şərifov Teyyub Eldaroviç tərəfindən qorunacaq. Şikayət bu gün təqdim olundu”. Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə və bəzi saytlarda Fuad Abbasovun azadlığa çıxması xəbəri yayılsa da, onun vəkili Elman Paşayev yayılan xəbəri təkzib edib.