Fuad Abbasovla bağlı YENİ XƏBƏR

Baxış sayı:
9943

Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.
Muxalifet.az report-a istinadla xəbər verir ki, o, bu barədə öz bəyanatında bildirib.
"Salam əziz həmvətənlərim! Mən 12 gündür davam etdirdiyim aclıq aksiyasına son verməyi qərara aldım. Bunun başlıca səbəbi ürək qan-damar sistemində meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də təcili yardım həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını dayandırım. Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının səbəbi olan mənim tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağım və burada 12 gündən artıq saxlanılmagımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəm. Sag olun, salamat qalın", - F.Abbasov qeyd edib.