Fuad Abbasov Azərbaycana gəlməyinin səbəbini AÇIQLADI: “VAXTI ÇATANDA BİZ RUSİYAYA GERİ QAYIDACAĞIQ” - Video

Baxış sayı:
34936

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı jurnalist, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov Azərbaycana gəlişinin gerçək səbəblərini açıqlayıb.
Xaçmazda yerləşən bir çayxanadan canlı yayım edən F.Abbasov bütün məsələlərə aydınlıq gətirib. O, Azərbaycana aprelin 9-da ailəsi ilə birgə gəldiyini bildirib:
“Son günlər mənim haqqımda çox müxtəlif fikirlər yayılır. Ona görə də canlı yayıma çıxıb sizə bəzi məlumatları vermək istədim. İstədim ki, bütün məlumatları birbaşa məndən alasınız. Mənim Azərbaycana gələcəyim martın axırından məlum idi. Gəliş-gediş biletimi 2 həftə əvvəldən almışdım. Bu barədə heç kimə məlumat verməyə məcbur deyildim”.
F.Abbasov qeyd edib ki, səfərində məqsəd oğlu Emilin Rusiya ali məktəblərindən birinə qəbul olması üçün imtahanlarda iştirak etməkdir:
“Rusiya səfirliyi nəzdində fəaliyyət göstərən “Rossotrudniçestvo” xətti ilə keçirilən imtahanda iştirak etmək üçün bura gəlmişik. Demək istədiyim odur ki, mənim bura gəlməyim tamamilə könüllü bir şəkildə, heç bir məcburiyyət, heç bir deportasiya olmadan baş tutub. Biz əvvəlcədən planlanmış şəkildə gəlmişik və burada dincəlməyə davam edirik. Bizim geri dönüş biletimiz var və geri dönüş biletimizin vaxtı çatanda biz Rusiyaya geri qayıdacağıq. Oğlum imtahanlara girdi, qəbul olub-olmayacağı daha sonra bilinəcək. Biz də əsas etibarilə onun üçün burdayıq. Çünki mən və mənim ailə üzvlərim Azərbaycan vətəndaşıdır və bizim Rusiyada hər hansı hüquqi bağlılığımız yoxdur. Ona görə də burdayıq”./Teleqraf