Fətullah Gülənin XƏRÇƏNG OLDUĞU ORTAYA ÇIXDI

Baxış sayı:
3346

Pensilvaniyada hər an Türkiyəyə ekstradisiya edilmək qorxusu ilə yaşayan FETÖ başçısının xərçəng olduğu ortaya çıxıb. Təşkilat, tez-tez büdrəyən Fətullahdan sonrakı dövrü danışmağa başlayıb.
 
Finlandiyalı FETÖ sevər jurnalist Tom Kankkonen, Türkiyədə dövlət çevrilişinə cəhd edən terror təşkilatı FETÖ-nun başçısı Fetullah Gülənin, ABŞ-ın Pensilvaniya ştatındakı 10 hektar bağ evini ziyarət edərək, bir müsahibə alıb. Malikanədə bir gecə keçirən Kankkonen, müsahibədə təəssüratlarına də yer verərək, regionun təşkilata aid bir fond tərəfindən nəzarət altında saxlanıldığını yazıb.
 
TEZ-TEZ YER DƏYİŞİR
 
Kankkonenin sözlərinə görə, Fətullahın malikanəsində təxminən 30 nəfər qalır. Bunların bir qismi tələbə, bir qismi də Fetullaha xidmət edən vəzifəlilərdir. Tədris korpusunda, qonaqlar və tələbələr üçün 2 mərtəbəli müstəqil evlər yerləşir. Bundan başqa, yerli orqanlar ənənəvi bir məscidin inşasına icazə vermədiyi üçün günbəzləri binanın tavanına gizlənmiş bir məscid də yer alır. Hər an yaxalanıb, Türkiyəyə ekstradisiya edilmə qorxusu yaşayan Fetullah, binalar arasında davamlı yer dəyişir. Daha əvvəl fermanın kənarındakı böyük bir ağac evdə yaşayan Fetullah, indi başqa bir yerdə yatır. Çünki müşavirləri evin etibarsız olduğunu düşünür. Xərçəng diaqnozu qoyulan 79 yaşlı Fetullah, həm yaşı, həm də istifadə etdiyi dərmanlar üzündən çökmüş vəziyyətdədir.
 
FƏTULLAHDAN SONRAKI DÖVR DANIŞILIR
 
Təşkilatın rəhbər və üzvləri də Fətullah Gülənin ölümündən sonra necə bir konfiqurasiyaya gedəcəklərini danışmağa başlayıblar. Fətullah, artıq əvvəlki kimi ziyarətçilərin də qarşısına çıxmır. Yalnız cümə günləri ziyarətçilərin gəldiyi məscidə gedir. Finlandiyalı jurnalist, məscidə ən son gələrək arxa tərəfə keçən Fətullahın bir anda büdrədiyini, ancaq qonaqların ani bir hərəkətlə onun yerə yıxılmasının qarşısını aldığını şəxsən gördüyünü bildirir.
 
FİNLANDİYAYA QAPILAR AÇIQ
 
Fətullah, Finlandiyadan gələn hər kəsin malikanədə qalmasına icazə verir. Bunu da təşkilatın “qardaşlıq” ruhunun bütün dünyada qəbul edilməsinə bağlayır. Tom Kankkonenle gələn 3 Finli, Fətullah Gülənə bir dovşan və bir çöl arısı hədiyyə edib. Kankkonenin diqqətini çəkən detallardan biri də malikanədəki təşkilat üzvlərinin üzlərini daim ondan gizlədikləri olub.


 
Fetullah artıq bir otaqda qalmır
 
FETÖ başçısı, malikanəsinin də içində olduğu 10 hektarlıq təsərrüfatda hər gecə başqa bir binada yatır.
Sağlamlıq vəziyyəti ağırlaşan Fətullah, artıq ziyarətçilərin qarşısına da çıxmır.
Müxalifət.az