​Fətullah Gülənin başına milyonluq mükafat qoyuldu

"Hizmet" hərəkatının lideri qırmızı siyahıda axtarışa verildi
 
Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayt hazırlayıb. Məlumata görə, “mükafat nizamnaməsi” çərçivəsində hazırlanan saytda axtarılanların siyahısı qırmızı, göy, yaşıl, narıncı və boz kateqotiyalara ayrılıb.
Saytın qırmızı kateqoriyasında Cəmil Bayık, Murat Karayılan və s. təhlükəli PKK terrorçularının adları var. Həmçinin bu kateqoriyada bəzi İŞİD liderləri ilə yanaşı “Hizmet” hərəkatının ABŞ-da olan rəhbəri Fətullah Gülənin də adı yerləşdirilib. Səhifənin sonunda isə bu kateqoriyadan olan terrorçular barədə məlumat verənlərin mükafatlandırılacağı vəd olunub.
Fətullah Gülən “FETÖ” (Fetullahçı Terror Örgütü) və “PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi axtarışdadır. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçirirlər. Hakimiyətə yaxın mətbuorqanların yazdıqlarına görə bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna müvəffəq olunmayıb.
 
Saytda təhlükəli terrorçuların olduğu siyahı
Daha əvvəl isə Türkiyədə hazırlıq kurslarının bağlanması istiqamətində qanun layihəsi hazırlıqları başlayarkən Fətullah Gülən qrupu ilə Ərdoğanın rəhbərlik etdiyi AKP hökuməti arasında gərginlik yaşanmışdı.
Bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi terrorçuların yerini deyilməsinə və onlar barədə təhlükəsizlik qüvvələrinin bilmədiyi hər hansı önəmli məlumatın verilməsinə görə küllü miqdarda pul mükafatı verəcəyini açıqlamışdı. Bu qərara əsasən PKK qruplaşmasının yüksək çinli idarəçilərinin tutulması qarşılığında 4 milyon TL (1 milyon 440 min 800 azn) pul mükafatı veriləcəyi bildirilirdi. Bu kateqoriyada adı olan Fətullah Gülənin də yerini bildirən və ya onun barəsində məlumat verən şəxsə 4 milyon lirə ödənəcək.
 
Axtarışda olan şəxslərin kateqoriyaları və vəd olunan mükafat məbləği
PKK-nın 50 nəfərlik rəhbər heyətində Cuma ləqəbli Cəmil Bayık, Cəmal ləqəblı Murad Karayılan, Dr. Bahoz ləqəbli Fəhman Hüseyn və digər qruplaşma rəhbərlərinin yeri və barələrində verilən məlumatlara görə 4 milyon liralıq mükafat təyin edilib.
Belə bir təcrübə təkcə Türkiyədə yox ABŞ, Çin, İngiltərə və digər ölkələrdə var. Terrorla mübarizədə ABŞ 30 il ərzində 80-dən artıq şəxsə 125 milyon dollardan çox mükafat verib. İngiltərə isə bu sahəyə 100 milyon dollar ayırıb.
Türkiyə hökümətinin belə bir addım atmasına səbəb isə son dövürlər ölkədə baş verən terror hadisələridir(anspress).