Fətullah Güləndən yeni “dövlət çevrilişi” çağırışı

Baxış sayı:
10255

15 iyulda xain bir çevrilişə cəhd edən FETÖ-nun ABŞ-da yerləşən başçısı yeni yayılan videosunda baş vermiş dövlət çevrilişlərinin tarixlərinə işarə edib və “15 iyulu çevrilişini sona çatdırın” təlimatı verib. FETÖ başçısı Gülən hər zaman olduğu kimi, təşkilat mənsublarına yenə “cənnətə girmə” vədini verib.
 
Türkiyədə daha əvvəl baş verən çevrilişlərə istinad edən əli qanlı terrorçu, bu ayların çirkləndiyini, yarımçıq qalan işlərin tamamlandığı təqdirdə təşkilat mənsublarının cənnətə gedəcəyini söyləyib.
FETÖ başçısı çıxışının bir hissəsində bu sözləri söyləyib:
“Bu günə qədər 27 may görmüş olanlar olaraq, 12 martı görmüş olanlar olaraq, iyun, iyul görmüş olanlar, bir də nə vardı, dekabrmı? Dekabr vardı deyəsən, bir də iyul vardı.
Aylar çox çirklənmişdir. Əfəndim, onların təmizlənməsini Allah sizə buraxmışdır. Cənabı Haqq sizə o qədər iş buraxmasaydı, onlarla birlikdə necə cənnətə getməliydiniz ki? Həzrəti Əbu Bəkir ilə birlikdə necə olmalıydınız ki"?
Müxalifət.az