Fətullah Güləndən xəncərli mesaj!

Baxış sayı:
6205

Pensilvaniya malikanəsindən söhbət adı altında üzvlərinə hər həftə şifrəli mesajlar verən FETÖ başçısı Fətullah Gülən, bu dəfə də çıxışında yenə Ərdoğanı hədəf alıb. Prezident Ərdoğanın tez-tez istifadə etdiyi "Haradan haraya" sözünə istinad edərək, "Birləri haradan haraya” deyir, “Zirvədən dərəyə, pəyədən samanlığa.. Kimsə ağlını pendirlə yeməmiş. Haradan haraya, görür hər kəs onu" deyə Fətullah Gülən bildirib.
 
Prezident Ərdoğana "xəncər" li mesaj
 
 Kosovo Müharibəsində kürəyindən xəncərlənərək şəhid edilən Osmanlı padşahı Murad Hüdavəndiyar üzərindən subliminal mesaj verən FETÖ başçısı, "Sürüşmə nöqtələri çoxdur. Bu nöqtələrdən biri dövlətdəki çözülüşdür. Murad Hüdavəndiyar vurulduğunda, sinəsindən xəncərlənib, ruhunun üfüqünə gedəcəyi an bəlkə dodaqları ağır tərpənirdi, amma son dediyi sözlər "Atdan enməyəsiniz" oldu. Atdan endik, qatıra mindik, zirvələrdən dərənin dibinə endik" deyə söyləyib.
 
FETÖ-çulara "lazım gələrsə, ölün, geri çəkilməyin" mesajı
 
 Peyğəmbərimiz (S.A.s) -in Hüneyn döyüşündən də nümunələr verən FETÖ başçısı Gülən, təşkilat üzvlərinə "lazım gələrsə, ölün, geri çəkilməyin" mesajını bu ifadələrlə verib: "Huneyn döyüşündən sonra ciddi qənimət əldə edilmişdi. Onlar güclü idi və Müsəlmanlardan bir neçə dəfə də çox idilər. Və ilk planda Uhud döyüşünün son planında olduğu kimi, "müvəqqət məğlubiyyət” baş verdi. Lakin bəşəriyyətin iftixar mənzərəsi orada yeni bir həmlə etdi. Hər zaman sərkərdələr elə edərlər. Əmi, Həzrəti Abbas deyir ki: "Atını elə mahmızladı ki. Yağan oxlar qarşısında geriyə çəkilənlərə müqabil atını elə mahmızladı ki. İrəliyə doğru, ən irəliyə doğru... Əgər bura ölünəcək bir yer isə, əvvəl mənim ölməyim lazımdır, deyirdi".
Müxalifət.az