Fətullah Güləndən təşkilat üzvlərinə yeni təlimat

Baxış sayı:
4267

“Axşam” qəzetinin xəbərinə görə, FETÖ, ABŞ və Böyük Britaniyada gizlənən informasiya mütəxəssislərinə çox şifrəli bir kanal qurdurub. Bu etibarlı şəbəkədən Gülən, 5 avqustda təşkilatdakı rəhbər heyətə görüntülü olaraq çağırış edib.
 
Gülən, “Türkiyəyə getdiyiniz təqdirdə başınıza gələcəklər bəllidir. Əgər həbs olunmaq və ya öldürülmək istəyirsinizsə, Türkiyəyə getməkdə sərbəstsiniz. Əgər bunların başınıza gəlməsini istəmirsinizsə, Türkiyəyə getməyi ağlınızdan çıxarın. Qayıtmaq və ayrılmaq istəyənlərin üzərində qəzəbimiz olacaqdır” deyib.
 
"QURUMLARA SIZIN” GÖSTƏRİŞİ
 
Gülən, Türkiyədən kənarda olanalara da konkret təlimat verib: "Olduğunuz ölkələrə bir an əvvəl uyğunlaşın. Dövlət müəssisələrində könüllü olaraq lazımdırsa, pulsuz işləyin, onlara nə qədər faydalı olacağınızı göstərin. Bölgənin öndə gələnləri ilə mütləq dialoqa keçin, fərqli din/ırq/məzhəb güdmədən olduğunuz yerlərdə ətrafdakı insanlarla lazım olduğu kimi təmasda olun".
 Müxalifət.az