Fətullah Gülən Hillari Klintona xəbərdarlıq məktubu göndərib

Baxış sayı:
2020

Fətullahçı Terror Təşkilatının Türkiyə Ordusu daxilində qurduğu şəbəkəyə qarşı istintaqa etiraf etmiş şəxs olan keçmiş zabit ifadəsində, təşkilat iclaslarında FETÖ başçısının dualarının qəbul olduğu, gələcəyi gördüyünə dair hekayələrin söyləndiyini bildirib.
 
Etiraf etmiş keçmiş zabit ifadəsində, "Mustafa Qaya (Özündən məsul mülki imam) mənə Fətullah Gülənin keçmiş ABŞ-ın dövlət katibi Hillari Klintona əri prezident Bill Klinton tərəfindən aldadıldığı haqda məktub göndərdiyini deyib. Bundan məqsədi əslində FETÖ başçısının Hillari Klintonun prezident olacağını əvvəlcədən gördüyü şəklində idi. Hillari Klinton prezident olacaq, beləliklə FETÖ başçısı yenə gələcəyi görmüş olacaqdı" deyib.
Müxalifət.az