FƏTÖ ÜZVLƏRİNDƏN ŞOK ETİRAF - “Bizi Qurani-Kərimi yandırmağa məcbur etdilər”

Baxış sayı:
9403

İzmirdə Fətullah Gülənin başçısı olduğu terror təşkilatı ilə əlaqədar aparılan məhkəmə prosesində məhkum olunmuş şəxs verdiyi ifadədə təşkilatın göstərişi ilə Quran kitabını yandırdıqlarını bildirib. “Silahlı təşkilatın üzvü olmaq” ittihamı ilə aldığı 5 illik həbs cəzası təxirə salınan O.İ. adlı şəxs İzmir II Ağır Cəza Məhkəməsində məhkum İ.G.-nin mühakimə edildiyi başqa bir FƏTÖ məhkəməsində şahid qismində ifadə verib. Peşmanlıq qanununlan faydandığını bildirən şahid təşkilat təbliğatının edildiyi söhbətlərdə iştirak elədiyini bildirib. O, təşkilatın “dini bütöv və vətənsevər tələbələri oxudacağıq” sözləri ilə insanları aldatdığını bildirib.

FƏTÖ-nün qondarma rəhbərlərinin “Türkiyədə təhsil almış gəncləri müəyyən bir mərhələyə çatdırdıqdan sonra onların xaricdə ölkəni təmsil edəcəyi” ilə bağlı sözlərinə inandıqlarını bildirən şahid 15 iyul çevriliş cəhdindən sonra belə təşkilata inandığını, lakin həbsdə olduğu müddətdə başına gələnlərin bu fikri dəyişdirdiyini bildirib.

Şahid O.İ. təşkilatla bağlı bildiklərini belə danışıb:

“FƏTÖ çevriliş cəhdindən sonra belə bir təbliğat aparırdı: “Həbsdə olan insanların namusuna sataşırlar, söhbətdə iştirak edən xanımlara işgəncə verirlər”. Həbsdə ikən bunun yalan olduğunu və təşkilatın da bizi aldatdığını dedilər. Bizi Quran kitabını yandırmağa məcbur elədilər. Beynimiz getmişdi, əfəndim. İndi ayılıram, amma baxıram ki, FƏTÖ üzvləri hər şeyi inkar edirlər”.

“Qurani-Kərimi niyə yandırdınız” sualının cavabında O.İ deyib: “Çünki bizi qorxutdular. “Biz yoldaşımızı şişlə yaraladılar, söhbətdə iştirak edən xanımlara işgəncə verirlər” deyə qorxu saldılar. Mən indi bu yalanları hamının yanında ifşa edirəm”./Hurriyyet.org