FƏTÖ tərəfdarı olan polis məhkəmə teatrını ifşa elədi: “ABŞ FTB-dən 50 min dollar aldım”

Baxış sayı:
5336

Muxalifət.az xəbər verir ki, Nyu-Yorkda həbsdə olan “Halkbank”ın keçmiş baş direktor müavini Mehmet Hakan Atillanın mühakimə edildiyi məhkəmə prosesində şahid qismində dindirilən, Türkiyədən qaçmış FƏTÖ üzvü, keçmiş polis komissarı köməkçisi Hüseyin Korkmaz məhkəmə teatrını ifşa edib: “Federal Təhlükəsizlik Bürosu mənə 50 min dollar verib. İndi qaldığım yeri mənə prokurorluq tutub, kirayəsini onlar verirlər. Prokurorluq 3 dəfə 300 dollar, ümumilikdə 900 dollar pul verib”.
Korkmaz məhkəmənin 11-ci günü verdiyi ifadədə ona edilən yardımların heç birini özünün tələb etmədiyini də sözlərinə əlavə edib.
 
Zərrabın saxta sənədləri və möhürləri
Hüseyin Korkmaz 17 dekabr istintaqı çərçivəsində biznesmen Rza Zərrabın ev və iş yerlərindəki axtarışlar nəticəsində ələ keçirilən sənədlər barəsində də məlumat verib.
Korkmaz “Zərrab təşkilatının” işlərini idarə elədiyi “Oriyen Bazar”da yerləşən ofisdəki axtarış zamanı ələ keçirilən sənədlər arasında Dubaya məxsus saxta gömrük sənədləri və iki saxta möhür olduğunu qeyd edib.
Atillanın vəkillərindən olan Todd Harrison isə prokurorluğunu Korkmaza verdiyi suallara və dəlillərə qarşı etirazını bildirib.
2016-cı ilin avqustunda ailəsi ilə birlikdə Türkiyədən qaçan Korkmaz 17 dekabr məsələsi ilə bağlı sənədləri də özü ilə ölkədən çıxardığını söyləyib. O, başqa ölkələrin onu Türkiyəyə təhvil verəcəyindən qorxduğu üçün ABŞ-a üz tutduğunu bildirib.
Kokrmazın ifadə verdiyi zaman ağladığı sezilib.