FƏTÖ liderinin erməni keşişə yazdığı məktubu tapıldı - FƏTULLAH GÜLƏN QONDARMA "SOYQIRIMI" TANIYIB? / Foto
5-11-2019 23:36
Baxış sayı:
13908
Türkiyənin Adana şəhərində FETÖ/PYD əleyhinə keçirilən əməliyyat zamanı 33 nəfər saxlanılıb.
Türkiyə mediası xəbər verir ki, şübhəlilərdən biri olan N.G.-nın evində ələ keçirilən rəqəmsal materiallar arasında FETÖ lideri Fətullah Gülənin 1965-ci ildə Kırıklarelidə keşişlik edən erməni Şinork Kalustyana yazdığı məktub üzə çıxıb. Gülən erməni keşişə yazdığı məktubda qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib.
Qeyd edək ki, ələ keçirilən 33 şübhəlidən 5-i həbs edilib, 28-i isə şərti azadlığa buraxılıb./qafqazinfo