FTB Trampı araşdırıb – “Nyu-York Times”

Baxış sayı:
2191

ABŞ-ın “New York Times” qəzeti (NYT) Təhlükəsizlik Xidməti FTB-nin Trampı araşdırdığını iddia edib.
 
ABŞ prezidenti Donald Tramp FTB başqanı Ceyms Comeyi 2017-ci ildə vəzifəsindən çıxardıqdan sonra FTB əməkdaşları Trampun davranışını yaxından təqibə alıb. FTB-nin bu təqibdə məqsədi Trampın ABŞ-ın maraqlarına zidd olaraq Rusiya ilə əməkdaşlıq edib etməyəcəyini araşdırmaq olub.
“Nyu-York Tayms”-ın xəbərinə görə, Trampın bu istintaq çərçivəsində hərəkətləri daxili təhlükəsizliyə təhlükə yarada biləcəyi mövzusunda təqib edilib. Eyni zamanda, casuslar Trampın Rusiya üçün çalışmaq və ya istəmədən də olsa, Rusiyanın təsiri altında olması ehtimalını araşdırıb.
 NYT-yə açıqlama verən ekspertlərin fikrincə, araşdırma Trampın Rus istintaqını dayandırmaq üçün Comeyi işdən çıxardığını ortaya qoysaydı, bu məsələ milli bir təhlükəsizlik məsələsinə çevrilməklə fərqli bir ölçüyə keçəcəkdi.
 Müxalifət.az