Əfsanəvi futbolçu Maradona xəstəxanaya qaldırıldı!

Baxış sayı:
5713

Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın mədə qan sızması keçirdiyi və xəstəxanaya qaldırıldığı açıqlanıb.
 
Argentina mətbuatında yer alan xəbərlərə görə, Meksika komandası “Dorados de Sinaloa” ilə yeni müqavilə imzalayan Maradona, Meksikaya dönmədən əvvəl Argentinada adi bir sağlamlıq nəzarətindən keçib. Bu zaman mədə qan sızması keçirdiyi görünüb, Argentinalı əfsanə dərhal daha böyük bir xəstəxanaya qaldırılıb.
Maradonaya endoskopiya keçiriləcəyi qeyd olunub.
Müxalifət.az