Əfsanəvi boksçu rinqə qayıdır - Həbibə rəqib olacaq

Baxış sayı:
622

Əfsanəvi amerikalı boksçu Floyd Meyvezer 2020-ci ildə idmana geri qayıdacağını bildirib.
Sonxeber.Az-ın məlumatına görə, gələn ilin fevral ayında Meyvezerin 43 yaşı tamam olacaq. Amma onun boksa yox, UFC döyüşlərinə qayıdacağı güman edilir. Çünki Meyvecer Dan Uaytla fotosunu paylaşıb. Dan Uayt isə UFC rəhbəridir.
“Mən Dana Uaytla birlikdə işləyirik. 2020-ci ildə əla hadisə olacaq”, - deyə Meyvezer sosial şəbəkədə yazıb. Çox güman ki, söhbət onun Həbib Nurməhəmmədovla keçiriləcək döyüşündən gedir. Çünki bu döyüş dəfələrlə müzakirə edilib.