Fərhad Əliyevin xanımına vəzifə verildi

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həyat yoldaşı Tibb Universitetində işə götürülüb.
 
Məlumata görə, sabiq nazirin xanımı Səbinə Əliyeva universitetin İnsan Anatomiyası şöbəsində 2015-ci ildən asistent vəzifəsində çalışır.
 Faktı Tibb Universitetindən təsdiqləyiblər.
 Qeyd edək ki, S. Əiyeva 1991-1997- ci ildə Tibb Universitetinin Müalicə İşi fakultəsində təhsil alıb.