Fərhad Əliyev Bakıdadır

 Bir sıra Azərbaycan KİV-inin yazdığının əksinə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev Bakıdadır.
 
Virtualaz.org-un müxbiri onunla İçərişəhərdə gəzərkən rastlaşıb.
Fərhad Əliyev eksklüziv müsahibə almaq xahişi ilə ona müraciət edən əməkdaşımıza bildirib ki, indi bunun üçün münasib vaxt deyil. Bununla belə, o, yaxın gələcəkdə belə bir imkanı istisna etməyib.