"Freedom House" vəkil Nemət Kərimliyə təzyiqləri pisləyib

Baxış sayı:
10924

"Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə qarşı zorakılıq Azərbaycan hökumətinin siyasi məhbusları müdafiə edən vəkillərə olan hörmətsizliyini nümayiş etdirir".

Bunu "Freedom House" hüquq-müdafiə təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktor Mark Berendt bildirib.

"Azərbaycanda həbsdə olan jurnalistləri, fəalları, hüquq müdafiəçilərini və siyasi dissidentləri müdafiə edən vəkillər islah müəssisələrinə daxil olarkən və oradan çıxarkən mütəmadi olaraq təhqiramiz və alçaldıcı rəftara məruz qalırlar.

Vəkillərin üzərində sistematik axtarış aparılması və məxfi materiallara baxılması vəkil-müştəri məxfiliyinin əsas prinsipini pozur, siyasi məhbusları ədalət mühakiməsinə və lazımi hüquqi prosedura çıxış hüququndan məhrum edir.

"Freedom House" Azərbaycan hökumətini vəkillərə qarşı təzyiqlərə və hədələrə dərhal son qoymağa, siyasi motivli ittihamlarla həbs olunan bütün məhbusları azad etməyə çağırır, təşkilatın bəyanatında deyilir. / Turan