​Fərdi məlumatlarınız oğurlana bilər - Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ

Baxış sayı:
4843

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “VPNFilter” təhlükəsi ilə bağlı xəbərdarlıq edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan “VPNFilter” “Linksys”, “MikroTik”, “NETGEAR”, “QNAP NAS” və “TP-Link” marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alıb.
“VPNFilter” ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtirləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir. Elektron Təhlükəsizlik Xidməti administratorlara və təsirə məruz qalan cihazların sahiblərinə qurğuları ilkin parametrlərinə qaytarmağı (factory reset) və ən son proqram yeniləmələrini endirib tənzimləməyi, istifadə edilmədikdə cihazdakı uzaqdan idarə üçün giriş funksiyasını (remote administrative access) söndürməyi tövsiyə edir. ETX eyni zamanda diqqətə çatdırır ki, şəbəkə qurğularının proqram təminatını (firmwire) yeniləmək üçün cihaz istehsalçılarının veb saytına müraciət edilməlidir:
Linksys https://www.linksys.com/cz/support-article?articleNum=132961
MikroTik https://forum.mikrotik.com/viewtopic.php?f=21&t=134776
NETGEAR https://kb.netgear.com/23442/How-do-I-update-my-NETGEAR-router-firmware-...
QNAP https://www.qnap.com/en/how-to/tutorial/article/how-to-update-your-qnap-...
TP-Link https://www.tp-link.com/us/faq-2212.html