Fəratın şərqində Türkiyə əleyhində plan

Baxış sayı:
5806

PKK və müttəfiqlərinin əsl qorxusu Tel Abyad-Resulayn-dan başlayaraq Fəratın şərqində daha iç bölgələrə uzanacaq TSK-ASO əməliyyatlarıdır. Resulayn-ın (Kobani) keçmiş polis rəisi Saleh Həmzə etdiyi açıqlamada, bölgədəki son vəziyyətə dair maraqlı məlumatlar verib.
 
 "Münbiç məsələsində PKK ağalarının göstərişindən kənar hərəkət etmir və "çıx” deyildiyində buradan qaçacaq. Amma Tel Abyad, Resulayn başda olmaqla, Fəratın şərqinə keçiriləcək hərəkat onların ən böyük qorxusu və yuxularını qaçırır" deyən Həmzə, sadəcə Resulayna dekabrın ortasından bu yana 6 min PKK-lının gətirildiyini qeyd edib. Təşkilatın rayona "şou” məqsədli olaraq Qəndil heyətindən terrorçuları da yerləşdirdiyini ifadə edən Həmzə, “Resulayna gətirilənlərin 85 faizi ABŞ-ın pul dəstəyi ilə rayondan yığılan və ya ailələrindən zorla alınmış şəxslərdən ibarətdir. Digərləri isə Qəndildən gətirilib" açıqlaması edib.
Həmzə regionun vəziyyətinə dair bunları söyləyib:
 
RAYON DİNAMİTLƏRLƏ DOLUDUR: GÜNAHI TÜRKİYƏYƏ ATACAQLAR
 
"İnsanlar sərhəd boyunda hərəkat qorxusu ilə qazılmış xəndəkləri görür. Halbuki Resulayn yeraltı tunellərlə doludur. Şəhər mərkəzində tunellərin birləşdiyi mərkəz var. Asfer Nacara qədər uzanan tunellər səbəbiylə 2 ayda 20-dən çox ev çökərək dağılıb. Təşkilat bu məsələ ilə bağlı üzərinə hər hansı bir məsuliyyət götürmür. Burada evi, iş yeri olan yüzlərlə Ərəbi Duvvara ərazisinə sürgün ediblər. PKK ölkədə və beynəlxalq səviyyədə haqq axtaracaq hər hansı instansiyanın olmadığı üçün də son dərəcə rahat hərəkət edir və bütün Resulaynın dağılmasını istəyirlər. Qaçarkən geridə tamamilə xarabalıq qoymaq üçün hər şeyi etdilər. Rakka nümunəsini digər bölgələrdə də təkrar edəcəklər. Dinamitlərlə doldurduqları bir çox fabrik, məktəb və rəsmi binaları partladacaq və günahı Türkiyənin üzərinə atacaqlar".
 
Təlaşın səbəbi zəngin ehtiyatlar
 
Resulayn bütövlükdə 20 min kvadrat kilometrlik ərazisi, bərəkətli torpaqları, tarixi əsərləri, mədəniyyət keçmişi və saxladığı yeraltı sərvətləri ilə PKK-nın ticarət və enerji mərkəzi olma xüsusiyyəti daşıyır. Şəddadi, Karaçok, Səhər əl-Xeyriyyə və Rimeylan Suriyanın ən zəngin neft və qaz ehtiyatlarına malik rayonlarıdır. PKK işğalındakı Resulayn eyni zamanda Suriyanın buğda, pambıq və qarğıdalı baxımından ən zəngin istehsal sahəsidir Bu səbəblə rayon ABŞ-PKK ittifaqının ən çox əhəmiyyət verdiyi yerlərin başında gəlir.
Müxalifət.az