Fəratın şərqi YPG-yə məzar oldu

Baxış sayı:
2410

Türk Silahlı Qüvvələri (TSQ) Fəratın şərqinə qarşı etdiyi top atəşləri nəticəsində öldürülən terrorçuların meyitləri basdırılıb.
 
Amerikadan aldıqları dəstəklə Suriyanın şimalına yerləşib, Türkiyənin sərhəd təhlükəsizliyini təhdid edən terrorçulara son dövrdə böyük zərbələr vurulub.
Zeytun Budağı Hərəkatı ilə bölgədə böyük bir terrorçu təmizliyi aparan Türk Silahlı Qüvvələri, bu dəfə sıraya Fəratın şərqini qoyub.
Başlayan əməliyyatlar çərçivəsində 14 YPG-li terrorçu zərərsizləşdirilib.
Öldürülən terrorçulardan 5-in cənazəsi PKK cındırları ilə sarılaraq qaldırılıb.
Qeyd edək ki, prezident Ərdoğan, ərazidə qazılan xəndəklərin terrorçulara məzar olacağını dəqiq bir şəkildə söyləmişdi.

Müxalifət.az