FƏRARİ İCRA BAŞÇISI, ZAKİR FƏRƏCOVUN PREZİDENTƏ YALANI... – Laçın və Sumqayıtın başçıları KİV-in diqqətində!

Ötən həftə Şabranın icra başçısı Novruz Novruzov da  mətbuatda özündən bəhs etdirib!

Baxış sayı:
13567

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 23-30 aprel 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri ''Laçının icra başçısı əsgərlikdə olmayıb – Foto+Sənəd", “'Zakir Fərəcovun prezidentə yalanı: Laçının şefi fərari imiş – Foto/ Faktlar”, “'Laçının icra başçısı Orduxana qahmar çıxır, qaçqına təzyiq edir - Absurd!” başlıqlı məqalələrin 11 saytda yayılması ilə Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Şabran icra başçısı kənd sakinlərini ayağa qaldırdı: Əkin sahələrini şumlatdırdı (VİDEO-FOTO)”, “'Novruz Novruzov, Prezidentin siyasətinə qarşı çıxıbş... – VİDEO” adlı məqalələrin 9 elektron KİV-də yayılması ilə Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “Zakir Fərəcovun prezidentə yalanı: Laçının şefi fərari imiş - Foto/ Faktlar” adlı məqalənin 4 elektron KİV-də yayılmasıyla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tutur.

Muxalifet.az