​Fransızların yeni Romomobili — FOTOLAR

Baxış sayı:
6472

Fransanın “Renault” şirkəti gələcəyin avtomobilini təqdim edib.
Muxalifet.az xəbər verir ki, yeni konsept “EZ-GO” adlanır. Bu konsept eyni zamanda “avtomobil və servis” adlanır.  Gələcəkdə bu maşınlar həm yüngül maşınları həm də ictimai nəqliyyatı əvəz edə bilər.
“Renault EZ-GO” avtomobilinin uzunluğu 5.2 metr, eni isə 2.2 metrdir. Hündürlüyü 1.6 metr olan avtomobilin şüşə damı çıxarılır. 6 nəfərlikdir. Yük üçün də yer var. 
Konsept bir elektrik mühərriki ilə təchiz edilib. Sürəti 50 km/saatla məhdudlaşdırılıb. 
Şirkət “EZ-GO” modelini 2022-ci ildən istehsal edəcək.