Fransız və İngilis TÜRK BAYRAĞINI ENDİRMƏK İSTƏDİ…

Baxış sayı:
757

Şimali Kiprin Nikosiya şəhərindəki Türkiyə səfirliyi və Şəhidlik Abidəsində Türkiyə və Şimali Kiprin bayraqlarını endirməyə çalışan 2 nəfər həbs olunub.
 
Nikosiyada, Türkiyə səfirliyinin qarşısında yerləşən şəhidlər abidəsində Türk bayraqlarını endirmək istəyən 2 şübhəli şəxs həbs olunub.
Hadisə, Türkiyə səfirliyinin qarşısında yerləşən şəhidlər abidəsində baş verib. İddiaya görə, sərxoş olan İngilis Ross Stivens (30) və Fransız Mark leon Edvard Chamıchıan (23), səfirliyin qarşısındakı bayraqları endirmək üçün dirəyə dırmaşıb.
 
ƏSGƏR İCAZƏ VERMƏDİ
 
Bu zaman səfirlikdə xidmət edən əsgərlər hadisə yerinə gedərək bayrağı endirməyə çalışan şübhəlilərə müdaxilə edib. Hadisə yerinə gələn polis 2 şübhəlini həbs edib.
 
HƏBS OLUNDULAR
 
Nikosiya Qəza Məhkəməsinə çıxarılan iki nəfər haqqında həbs qərarı verilib. Polisin hadisə ilə əlaqədar olaraq çoxşaxəli araşdırması davam edir.
Müxalifət.az