Fransız sözçü İslamla mübarizəyə çağırdı

Baxış sayı:
4588

Din düşməni Fransada, Respuklika Partiyasının sözçüsü Lydia Guirous, İslama və Müsəlmanlara kin və nifrət püskürüb. Lydia Guirous məruzəçi kimi iştirak etdiyi bir forumda, "Müsəlman Qardaşları təşkilatını terror təşkilatı olaraq elan etməliyik. Bu barədə Makronu vəzifəyə çağırıram" deyib.
 
Lydia Guirous çıxışında, İslamı hədəf alıb. İslamın müharibə edilməsi lazım olan bir siyasi hərəkat olduğundan dəm vuran Guirous, Fransa prezidenti Makrona müraciət edərkən, İslama və Müsəlmanlara olan nifrətini bu sözlərlə dilə gətirib: "Cənab Makron, bu iş çox təcilidir. Fransa siyasi İslam qarşısında iflic olmuş vəziyyətdədir. Bu vəziyyət hamımız üçün utandırıcıdır. Müsəlman Qardaşlar təşkilatının terror siyahısına alınmasının təxirə salınmasını başa düşmürəm. Bu, bizim üçün vaxt itkisidir. Bu qərarda siyasi cəsarət çatışmazlığı var. Cənab prezident, böyüklərimiz Nasizmi yendi, nəslimiz panislamizmi məğlub etməklə vəzifəlidir. İslamçı qaranlıq uşaqlarımızı əsir almadan qurtarılması lazımdır. Xüsusilə də qızlarımızı".
 
İslama qarşı mübarizə siyasətə qurban edilə bilməz
 
Müsəlman Qardaşları təşkilatının Fransada bir çox İslami hərəkətə sızdığını irəli sürən Guirous, "Nifrəti və qanı hər yerə yayırlar. Avropa olaraq panislamizmin bür yüksəlişiylə üzləşirik. Həyat tərzimizdə və mədəniyyətimizdə dərin dəyişikliklər etməyi qarşılarına məqsəd qoyurlar. Səkkizayaqlı ilbiz kimi hər yerə yayılaraq bir şəbəkə halına gələn bu siyasi İslamçı təşkilata qarşı amansız bir mübarizə nümayiş etdirməliyik. Siyasi İslama qarşı aparılan mübarizə, siyasi populist münasibətlərə qurban edilməməlidir. Uşaqlarımıza necə bir ölkə buraxacağıq. Bu mübarizə bu əsrin mübarizəsi olacaq" deyib.

Müxalifət.az