Fransız əsgərləri PKK-nın YANINA YERLƏŞDİ

Baxış sayı:
4537

Fransanın 60 nəfərlik ilk hərbi dəstəsi Eyn İsa bölgəsinə yerleşib. Terror təşkilatı PKK-ya aid qərargah və vasitələrə Fransız bayraqları asılıb. Ayın İsa bölgəsində Əsəd rejimindən qalan 93-ci Briqadanın bölgəsinə yerləşən Fransız əsgərləri, gün ərzində terrorçularla bir neçə dəfə patrula çıxıb.
 
ABŞ-dan terrora dəstək tenderini alan Fransa, ilk hərbi dəstəsini Eyn İsa ərazisinə yerləşdirib. Münbiçdən Tel Abyada təxminən 60 Fransız əsgəri gəlib. Terror təşkilatı PKK-ya aid qərargah və vasitələrə da Fransız bayraqları asılıb.
 
SƏRHƏD KƏNDİNƏ PKK HÜCUMU
 
TSQ-ASO ittifaqı ilə PKK arasında ara region xarakteri daşıyan Şuyuh kəndinə Fransızların gəlməsi ilə birlikdə ilk PKK təcavüzü baş verib. Gün ərzində bəzi mülki keçidlərə müdaxilə edən terror təşkilatı mənsubları, işğal altında saxladıqları əhalini canlı qalxan olaraq istifadə etməklə təhdid edib. Şimali İraqdakı Ərbil marşrutundan Münbiç, Eyn İsa xəttinə sövq edilən Fransız əsgərləri arasında müstəmləkə ölkələrindən gətirilən muzdlu döyüşçülərin da olduğu görülüb.
 
FRANSIZ İŞİD-çıları ÖLDÜRÜN TƏLİMATI
 
PKK-nı dəstəklədiyini açıq elan edən Fransa, ötən günlərdə PKK  rəhbərliyinə verdiyi təlimatda "Fransadan gələn İŞİD-çıları öldürün. Geri qayıtmalarına icazə verməyin" dediyi ortaya çıxıb. NATO ölkələrinin hamısından İŞİD-ə göndərilən terrorçulara qarşı, PKK qərargahlarına da eyni tapşırığın verildiyi müəyyənləşdirilib.
Müxalifət.az