Fransız ordusu ilə PKK ƏMƏKDAŞLIĞI GÖRÜNTÜLƏNDİ: ETİRAF ETDİLƏR

Baxış sayı:
520

ABŞ rəhbərliyindəki İŞİD Əleyhinə Koalisiya, Fransız xüsusi təyinatlı qüvvələrinin, Suriyanın Daşişa qəsəbəsində terror təşkilatı PKK/YPG-nin əsas onurğasını təşkil etdiyi SDG ilə iş birliyi içində olduğunu qəbul edib.
 
İŞİD Əleyhinə Koalisiyanın rəsmi Twitter hesabı, Fransız əsgərlərinin Suriyada İŞİD-ə qarşı artilleriya bombardmanı həyata keçirdiyi fotoşəkli paylaşıb.
Fotoşəkilin altında, 3 iyunda Suriya-İraq sərhədindəki bəzi bölgələrdə İŞİD-ə qarşı başlanılan "Toplama Əməliyatının” ikinci mərhələsinin icra edildiyi və Fransız hərbçilərinin də dəstək verdiyi əməliyyatda Daşişa mahalı içində və ətrafındakı (İŞİD-a aid) hədəflərin vurulduğu qeyd olunub.
Beləliklə, Koalisiya, Fransız xüsusi təyinatlı qüvvələrinin, Suriyada PKK/YPG-nin əsas onurğasını təşkil etdiyi SDG ilə yanaşı döyüşdüyünü etiraf etmiş olub.
 
MAKGURKTAN AÇIQLAMA
 
Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın İŞİD-lə Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Brett Makgurk da Twitter hesabından verdiyi açıqlamada Daşişanın ilk dəfə İŞİD-ın nəzarətindən çıxdığını bildirib. Makgurk, son 4 ildə ilk dəfə terror təşkilatı PKK/YPG ünsürlərinin əsas onurğasını təşkil etdiyi SDG qüvvələrinin Daşişanı ələ keçirdiklərini və bu yöndə irəliləyiş təmin etdiyini bildirib.
Qeyd edək ki, Anadolu Agentliyinin martın 30-də verdiyi və etibarlı yerli mənbələrə əsaslandırdığı xəbərində, Fransız xüsusi qüvvələrinə mənsub 70-dən çox əsgərin İŞİD Əleyhinə Koalisiya çətiri altında Suriyada PKK/YPG ünsürləri ilə yanaşı fəaliyyət göstərdiyi bildirilmişdi.
Terror təşkilatıyla əməkdaşlıq edən Fransa xüsusi qüvvələrinin meydançada 2 ildir yerləşən personalından başqa, Quru Qüvvələri Komandanlığına bağlı 1-ci Dəniz Piyada Desant Piyada Alayı ilə Hava Qüvvələri Komandanlığına bağlı 10-ci Desant birliklərinin mövcud olduğu qeyd edilmişdi.
Bu qüvvələrin sənədlərdə İraqda yerləşdiyi qeyd edilsə də, tez-tez Simelka Sərhəd Məntəqəsindən Suriyanın şimalına girdiyi və son dövrdə Suriyaya bu cür müdaxilənin artdığı ifadə edilmişdi.
Xatırladaq ki, Fransız tikinti şirkəti Lafarge də 2010-ci ildə Suriyanın şimalında bir sement zavodu açmışdı. Şirkətin Suriyada daxili savaşın başlamasından 2 il sonra fəaliyyətlərini davam etdirmək məqsədilə bir il yarım ərzində terror təşkilatı İŞİD-ə rüşvət verdiyi ortaya çıxmışdı. Daha sonra İŞİD-ın ələ keçirərək işlətdiyi zavodu ABŞ-ın dəstəklədiyi YPG/PKK ələ keçirmiş və baza olaraq istifadə etməyə başlamışdı.
Müxalifət.az