Fransız milyarder dünyanın ən varlı adamı oldu

Baxış sayı:
2119

Dünyanın ən varlı insanlarının sıralama cədvəlində dəyişiklik olub.

Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault “Amazon” şirkətinin təsisçisi Ceff Bezosu “Forbes”in seiyahısında ilk pillədən aşağı endirib.

“Ria Novosti”nin xəbərinə görə, bu haqda “Forbes” dərgisi məlumat verib.

Qeyd olunur ki, Arnaultu ilk pilləyə yüksəldən səbəb onun şirkətinə məxsus səhmlərin qiymətinin 0,7 faiz artmasıdır. Bu artım fransalı biznesmənə 1,9 milyard dollar qazandırıb.

“Amazon” şirkətində isə tam əksinə, səhmlər 0,7 faiz aşağı düşüb. Nəticəsə Ceff Bezos 760 milyon dollar itirib.

Hazırda Bernard Arnaultun sərvəti 117, Ceff Bezosun isə 115,6 milyard dollar təşkil edir.(oxu.az)