Fransız ekspertdən “Ərdoğan” açıqlaması

Baxış sayı:
4042

Fransız politoloq Yana Jabbour,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Berlində Almaniyanın baş naziri Angela Merkellə keçirdiyi görüşü qiymətləndirib.
 
Ərdoğanın Almaniya səfərini dəyərləndirən Jana Jabbour, "Səfəri uğurlu qəbul edə bilərik, çünki qoyulan bütün məqsədlərə çatılıb. İlk hədəf iqtisadiyyata yönəlib. Prezident, Almaniyaya gərginliyi azaltmaq və münasibətləri yaxşılaşdırmaq istəyirdi. Almaniya, Türkiyənin Avropadakı 3-cü böyük ticarət tərəfdaşıdır və bu səbəbdən Almaniyaya ixrac Türk iqtisadiyyatı üçün əhəmiyyətli bir rola sahibdir. Bu hədəfə çatdığını görürük" deyib.
 
AVROPA İTTİFAQI, ABŞ-ın ALTERNATİVİ VƏZİYYƏTİNDƏ
 
Jabboura görə Ərdoğan, ABŞ ilə münasibətlərin pozulduğu bir dövrdə Aİ ölkələri ilə əlaqələri möhkəmləndirmək niyyətindədir.
Bu baxımdan Ərdoğanın məqsədinin siyasətdə ABŞ-a alternativ axtarışı kimi dəyərləndirilməsi lazım olduğuna vurğu edən Jabbour, Avropanın ABŞ-ın alternativi mövqeyində olduğunu və Ərdoğanın səfərinin bu baxımdan dəyərləndirilməsinin lazım olduğunu qeyd edib.
 
AVROPALI LİDERLƏR ƏRDOĞANLA ÇALIŞMALIDIR
 
“Almanya və digər Avropa ölkələri, Ərdoğanı və Türkiyəni istədikləri qədər tənqid edirlər, ancaq hazırda əllərində Türkiyəyə nüfuz etmək üçün bir tutarlı dəlil yoxdur” deyə davam edən Fransız politoloq, Ərdoğanın qanuni bir lider olduğunu və Avropalı liderlərin onunla işləməli olduğunu vurğulayıb.
Müxalifət.az