​Fransız deputatdan gözlənilməz açıqlama: KRIM RUSİYAYA AİDDİR

“Krım yarımadasının Ukraynanın tərkibində olması təsadüfi idi”.
Muxalifət.az xəbər verir ki, bu sözləri Fransa parlamentinin deputatı Tyerri Mariani Yaltada jurnalistlərə bildirib.
Yaltada 6-7 noyabrda ilk dəfə "Rusiya, Krım və müasir beynəlxalq münasibətlər" beynəlxalq konfransı çərçivəsində Krımın dostlarının forumu keçirilir. Forumda demək olar ki, 30 ölkədən 90 xarici qonaq iştirak edir.
"Krımın bütün dostları hesab edirlər ki, Krım referendumu tam qanuni keçirilib. İnsanlar fikrini bildirərək, Krımın Rusiyanın tərkibinə qaytarılmasına səs verib. Krım haraya aid olmalı idisə, elə oraya aiddir. Yarımada sadəcə qısa vaxt ərzində Xruşovun iradəsi ilə Ukraynanın tərkibində olub", - Mariani izah edir.
Siyasətçi onu da vurğulayıb ki, Rusiyaya və Krıma qarşı sanksiyaların əleyhinədir.
"Bu gün bütün dünya bilməlidir ki, Krım Rusiyaya aiddir. Bu o deməkdir ki, əsassız sanksiyaları ləğv etmək lazımdır", - deputat fikrini bitirib.