​Fransaya qaçdığı deyilən AST Telman danışdı – VİDEO

Mən həyatım boyu heç bir cinayətə yol verməmişəm.
Muxalifət.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasına müsahibəsində azərbaycanlı iş adamı Telman İsmayılov söyləyib.
 “Bu gün mənim nəvələrimə deyirlər ki, babanız cinayət törədib. Bu kimin xoşuna gələr? Mən həyatım boyu heç bir cinayətə yol verməmişəm. Öz təqsirsizliyimdə israr edirəm və bunu sübut edə bilərəm”, – deyə o bildirib.
Qeyd edək ki, bir müddət öncə Telman İsmayılov Moskva məhkəməsi tərəfindən qiyabi həbsə məhkum edilib. O, iki nəfərin qətlində təqsirləndirilib. İş adamı beynəlxalq axtarışa verilib.
İsmayılovun bir müddət öncə Türkiyədən Fransaya qaçdığı iddia edilib.