​Fransaya gedən Türkiyə vətəndaşlarına XƏBƏRDARLIQ

Baxış sayı:
4240

Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səfərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, XİN-nin bəyanatında paytaxt Paris başda olmaqla, digər şəhərlərin də nümayişlər keçirilən ərazilərindən uzaq durmaları tövsiyə olunub.
"Vətəndaşlara təhlükəli küçələrdə, prosepektlərdə, meydan və ərazilərdə uzun müddət qalmamaları tövsiyə olunur”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Fransada iqtisadi durumla bağlı bir neçə gündür ki, başlanan və zorakılıqla müşayiət edilən iğtişaşlar səngimir.