Fransanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

Baxış sayı:
1754

Fransanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunu dayandırıb.

Virtualaz.org bildirir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Twitter-də yazıb.

“Parisdən gələn təlimata əsasən, yerli və qlobal olaraq vizaların verilməsi müvəqqəti olaraq dayandırıldı. COVID-19 böhranı bitdikdən sonra sizi Fransada qarşılamağa ümid edirik”, - deyə səfir qeyd edib.