Fransalı jurnalistlər Azərbaycan qanunlarını heçə saydı

Fransalı jurnalist qrupu Dağlıq Qarabağa qanunsuz səfər edib.
 
Ermənistan KİV xəbər verir ki, “France Culture”, “Le Dauphine Libere” və s. nəşrlərin əməkdaşları Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyandan müsahibə alıb.
 Fransalı jurnalistlər bu haqda materialları öz jurnallarında və qəzetlərində yerləşdiriblər.