​Fransalı deputat: "Trampın Yerusəlimlə bağlı qərarı sülh naminə atılan addımları təhlükə altına qoyur"

Baxış sayı:
2434

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı sülh naminə atılan addımları təhlükə altına qoyur.
Bunu “Report”un Fransa bürosuna müsahibəsində Fransa parlamentinin deputatı Andre Villiers deyib.
Deputat Donald Trampın bu qərarını pisləyib:
"Bu qərar sülh naminə atılan addımları təhlükə altına qoyur. Mən Fransa prezidenti Emmanuel Makronun bu məsələdə mövqeyi ilə tamamilə şərikəm. Yerusəlimin statusu məsələsi İsrail və Fələstin arasında dialoq yolu ilə həll olunmalıdır”.