Fransadan Türkiyəyə havadan müdafiə sistemi “Samp-T” təklifi

Baxış sayı:
10171

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Fransanın Türkiyəyə “Samp-T” havadan müdafiə batareyası yerləşdirmək istədiyini bildirib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla NATO Zirvəsindəki görüşməsindən sonra özünün də Fransız həmkarı ilə bir araya gəldiyini xatırladan Akar, bunları söyləyib:
"Bu görüşlər çərçivəsində bir nöqtəyə gəlindi. Onlar bir Samp-T batareyasını Türkiyədə yerləşdirməyi təklif etdilər. Bununla əlaqəli biz də işlərimizi davam etdiririk. Onlar kəşfiyyat aparacaqlar. Bu anda İncirlikdə İspanların bir “Patriot” batareyası, Kahramanmaraşda isə İtalyanların “Samp-T” batareyası var. Bu iki yerdə araşdırmalar aparmağı təklif etdilər. Bu mövzu üzərində onlarla çalışırıq. Əgər prezidentimiz tərəfindən də bu uyğun hesab edilsə, önümüzdəki dövrdə heç olmazsa, bir yaxşı niyyət göstəricisi olaraq türk-fransız əlaqələri və simvol olması baxımından da belə bir mövzu üzərində işimizi davam etdiririk".
Müxalifət.az