​Fransadan Trampın Qüds qərarına reaksiya

Baxış sayı:
5173

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı beynəlxalq hüquqa və BMT qətnaməsinə ziddir.
Muxalifet.az  xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Trampın az öncə Qüdslə bağlı qərarını şərh edərkən deyib. Makron bildirib ki, bu qərara təəssüf edir.
“Mövcud qərar təəssüf doğurur, Fransa bu qərarı bəyənmir”, - Makron Əlcəzairdə mətbuat konfransında deyib.
Makron qeyd edib ki, Qüdsün statusu İsraillə Fələstin arasında gedən dialoq zamanı müəyyənləşməlidir.