​Fransadan Trampa kəskin reaksiya: Nəzakətli ol!

Baxış sayı:
7546

Rəsmi Paris ABŞ Prezidenti Donald Trampın Fransa Prezidenti Emmanuel Makronun ümumavropa ordusu ideyası barədə səsləndirdiyi sərt fikirlərinə reaksiya verib.
Bu barədə Fransa hökuməti tərəfindən verilən bəyanatda bildirilib.
“Trampı nəzakət qaydalarına əməl etməyə dəvət edirik”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Avropa ordusunun yaradılması barədə fikirlərinə kəskin reaksiya vermişdi.