Fransadan terroçuların qərargahına rəsmi ziyarət

Baxış sayı:
7081

Fransa Parlamentinin Xarici İşlər Komissiyasının sədri Marielle də Sarnez Suriyanın PKK\YPG-nin işğalı altında olan Kobani bölgəsizi ziyarət edib.
 
Qərbin YPG-yə yönəlik ikiüzlü münasibəti davam edir. Bir tərəfdən PKK-nı terror təşkilatı olaraq qəbul edən Avropa, digər tərəfdən də PKK-nın Suriya qolu olan YPG-yə qol qanad gərməyə davam edir. O Avropa dövlətlərinin başında da Fransa gəlir.
 
KOBANİYƏ RƏSMİ ZİYARƏT
 
Fransa Parlamentinin Xarici İşlər Komissiyasının sədri Marielle də Sarnez əvvəl Suriyanın YPG işğalındakı Kobani şəhərinə gedib. Bölgədəki terrorçuların təşkil etdiyi SDG nümayəndəsi Xalid İsanın iştirak etdiyi bir heyətlə görüşən Sarnez rəsmi ziyarət reallaşdırıb.
 
Fransadan YPG qərargahına rəsmi ziyarət
 
Marielle də Sarnez mətbuata verdiyi açıqlamada, "Bura gəlişimizin məqsədi bölgəni rəsmi olaraq tanımaqdır. Eyni zamanda, İŞİD terroruna qarşı döyüşən döyüşçüləri görməkdir. Fransa indiyə qədər Suriya Demokratik Güclərinin yanında dayandı və bundan sonra da yanında dayanacaq. Fransa bölgənin yenidən qurulmasına dəstək verəcək" deyib.
 
TERRORÇU QƏBİRİSTANLIQLARINI ZİYARƏT ETDİ
 
YPG-nin terrorçularının qəbiristanlıqlarını ziyarət edən Sarnez, daha sonra bölgəni gəzərək terrorçularla vaxt keçirib, Kobani və bölgə gedişatı haqqında məlumat alıb. Terror təşkilatının qəbiristanlığında Sarnez "Azadlıqları üçün canlarını fəda edən şəhidlərin yaxınlarının qarşısında hörmətlə baş əyirəm. Bura terror təşkilatı İŞİD-la döyüşdə canlarını fəda edən minlərlə qadın və kişi döyüşçünün xatirəsi qarşısında hörmətlə baş əymək üçün gəldim" deyib.
Müxalifət.az