Fransadan TƏCİLİ HARİRİ AÇIQLAMASI

Fransa prezidenti Emmanuel Makron, Səudiyyə Ərəbistanın olan Livan baş naziri Saad Hariri və ailəsini Fransaya dəvət edib, ancaq bu dəvətin bir siyasi sürgün təklifi olmadığını deyib.
 
 Fransız rəsmiləri, Haririnin bir neçə gün ərzində Parisə gedəcəyini ifadə ediblər.
Xatırladaq ki, Hariri, 4 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda sui-qəsd təhlükəsi ilə üz-üzə olduğunu söyləyərək istefa verdiyinii açıqlamışdı. Hariri o tarixdən bu yana ölkəsinə qayıtmış deyil.
Livan hökuməti, Haririnin Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən zorla ölkədə tutulduğunu, ər-Riyad rəhbərliyinin Livanı siyasi mənada zəiflətməyə çalışdığını iddia edir.
BBC Türkcənin verdiyi xəbərə görə, Almaniya səfəri zamanı Makron, Haririnin bir neçə günlüyə Fransaya səfər edəcəyini söyləyib. Bu ərəfədə president Makronun həm Hariri, həm də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışıqları apardığı da bildirilib.
Haririnin Fransada siyasi sürgündə yaşamasına icazə verilib, verilmədiyi sualına isə Macron, "Xeyr, qətiyyən belə bir şey yoxdur. Livanda sabitliyin olmasını və siyasi seçimlərin təşkilati quruluş içərisində aparılmasına ümid edirəm" deyə cavab verib. Makronun açıqlamaları ərəfəsində Fransa xarici işlər naziri Yves le Drian da Səudiyyə Ərəbistanına gedərək danışıqlar apardığı bəlli olub.
Müxalifət.az