Fransadan Əsədə zərbə: Həbs etdilər

Baxış sayı:
4060

Fransanın paytaxtı Parisdə Suriya kəşfiyyatı üçün çalışdığı iddia edilən bir suriyalı insanlıq cinayəti törətdiyi səbəbi ilə saxlanılıb.
 
Paris prokurorluğundan bildiriblər ki, yanvar ayından bu yana aparılan istintaq çərçivəsində, Suriya kəşfiyyatı üçün çalışdığı iddia edilən 30 yaşlarındakı suriyalının paytaxtda nəzarətə alınıb.
Açıqlamada, söz mövzusu suriyalının 2011-2013-cü illərdə Suriyada vəzifə başında ikən Bəşşar Əsəd rejiminin dinc xalqa qarşı törətdiyi insanlıq cinayətlərinə şərik olmaqda günahlandırıldığı qeyd edilib.
Suriya kəşfiyyatı üçün çalışan adamın 2013-də Suriyadan ayrıldığı bildirilib.
Qeyd edək ki, Almaniyada da dünən Suriya kəşfiyyatı üçün çalışdığı iddia edilən 2 suriyalı eyni əsaslarla həbs olunmuşdu.
Müxalifət.az