Fransadan Rusiyaya “Malorusiya” çağırışı

Rusiyanı “Malorusiya” məsələsini qınamağa çağırırıq.
 
Bu sözləri Fransanın Xarici İşlər naziri Aqnes Romate-Espan deyib. Minsk razılaşmasının münaqişənin yeganə həll yolu kimi beynəlxalq aləmdə qəbul olunduğunu deyən nazir bildirib:
“Biz Rusiyanı Minsk danışıqlarında razılaşdırılmış şərtləri pozan bu qərarı qınamağa çağırırıq. Rusiya konfliktin həll edilməsi üçün səylərini artırmalıdır”.
Aqnes Romate-Espan eyni zamanda Fransanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini söyləyib.
Qeyd edək ki, bu gün Donetsk separatçıları Ukraynada “Malorusiya” adlı dövlət yaradacaqlarını elan ediblər.