Fransadan qalmaqal “soyqırım” qərarı!

Baxış sayı:
6418

 İllərlə Afrika ölkələrinin təbii zənginliklərini istismar edən və yoxsulluqla, aclıqla üz-üzə qoyan Fransanın prezidenti Emmanuel Makron 24 apreli "erməni soyqırımını anma günü" olaraq elan edib.
 
Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının illik yemək dəvətinə qatılan Makron, seçki kampaniyasında vəd etdiyi kimi, Fransız təqviminə "erməni soyqırımını anma gününü\" əlavə edəcəyini açıqlayıb.
Makron çıxışında, "Fransa hər şeydən əvvəl tarixə doğru baxmasını bilən bir ölkədir. Fransa 1915 hadisələrini o dövrdə soyqırım kimi tanıyan və uzun mübarizədən sonra 2001-də bunu qanunla tanıyan ilk ölkələrdən biri oldu. Gələcək həftələrdə isə ölkəmizdə 24 apreli “erməni soyqırımını anma günü” kimi tanıyacağıq" deyib.
Makronla yanaşı Paris meri Anna Hidalgo, rayon rəhbəri Valerie Pecresse və Fransa Erməni Təşkilatları Koordinasiya Komitəsinin həmsədrləri Mourad Papazian ilə Ara Toranian kimi erməni lobbisinin məlum olan şəxsləri də dəvətdə yer alıb.
Müxalifət.az